Andrade Ukraynada fərqləndi

Andrade Ukraynada fərqləndi

Ukrayna çempionatında ikinci turun matçları keçirilib. 

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın sabiq oyunçusu Leandro Andradenin də şərəfini qoruduğu “Polesye” öz meydanında “Xarkov”u qonaq edib. 

Görüş “Polesye”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Andrade 90 dəqiqə meydanda olub. O, 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalansa da, matçın 61-ci dəqiqəsində məhsuldar ötürməyə imza atıb. Çobotenko Leandronun ötürməsini tora qovuşduraraq komandasının ikinci qolunu vurub. 

2 turdan sonra maksimum nəticə göstərən “yaşıl-sarılar” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər