Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

Macarıstan Yüksək Liqasının 4-cü turu çərçivəsində keçirilən "Niredxaza" – "Kişvarda" qarşılaşmasında millimizin yarımmüdafiəçisi Anatoli Nuriyev diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, səfərdə oynayan "Kişvarda" gərgin keçən qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Matçın ilk hissəsini 1:0 geridə bitirən qonaqlar ikinci yarıda hesabı bərabərləşdirmək üçün təzyiqi artırıblar. Qarşılaşmanın 82-ci dəqiqəsində M. Matanoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayan Anatoli Nuriyev hesaba tarazlıq gətirib – 1:1.

Ancaq Nuriyevin bu vacib qolu "Kişvarda"ya xal qazanmaq üçün kifayət etməyib. Ev sahibləri matçın uzatma dəqiqələrində – 90+1-ci dəqiqədə M. Kvasina vasitəsilə növbəti qolu vuraraq 2:1 hesablı qələbəni rəsmiləşdiriblər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər