AÇ: Millimiz yarımfinalda Albaniya ilə qarşılaşacaq

AÇ: Millimiz yarımfinalda Albaniya ilə qarşılaşacaq

San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda bütün yarımfinalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, B qrupunun lideri kimi yarımfinala yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gələcək. Matç sabah - iyulun 30-da, Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər