AÇ: Millimiz yarımfinala qrup lideri kimi yüksəldi

AÇ: Millimiz yarımfinala qrup lideri kimi yüksəldi

Azərbaycan millisi San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının "C" divizionunda son qrup oyununu keçirib.

Fanat.Az xəbər verir ki, milli komandamız B qrupunun  dördüncü görüşündə Moldova seçməsi ilə münasibətləri aydınlaşdırıb. Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığma görüşün əvvəlində qazandığı üstünlüyü oyunun sonuna qədər davam etdirərək sonda rəqibini 75:66 hesabı ilə məğlub edib. 

Beləliklə, bütün rəqiblərinə qalib gələn millimiz qrup lideri kimi adını turnirin yarımfinalına yazdırıb.

Finalın bir addımlığında rəqib A qrupunda keçiriləcək Albaniya - Andorra cütünün qalibi olacaq.

Yarımfinal görüşü 30 iyul Bakı vaxtı ilə saat 21.15 -də başlayacaq.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ardınca Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər