AÇ: Millimiz finala çıxa bilmədi

AÇ: Millimiz finala çıxa bilmədi

San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda bu gün yarımfinal görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gəlib. Matç rəqibin 76:56 hesablı qələbəsi ilə başa çatıb.

Digər yarımfinal qarşılaşmasında isə Monako Lüksemburqu 80:65 hesabı ilə yenib.

Beləliklə, Monako və Albaniya yığmaları sabah finalda, millimiz isə Lüksemburqla üçüncü yer uğrunda qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər