AÇ: Millimiz "bürünc" görüşünə çıxacaq

AÇ: Millimiz "bürünc" görüşünə çıxacaq

Bu gün San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarımfinalda Albaniya seçməsinə 56:76 hesabı ilə uduzan Azərbaycan millisi üçüncü yer uğrunda görüşə çıxacaq. Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmanın rəqibi Lüksemburq kollektivi olacaq.

Matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Finalda isə Albaniya millisi Monako ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, Azərbaycan basketbolçuları Lüksemburqla daha əvvəl qrup mərhələsində üz-üzə gəlib. B qrupunun ilk turu çərçivəsində keçirilən həmin qarşılaşmada həmyerlilərimiz 75:71 hesabıyla qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər