Amerikalı yarımmüdafiəçi Premyer Liqa liderinin "radar"ına düşdü

Amerikalı yarımmüdafiəçi Premyer Liqa liderinin "radar"ına düşdü

İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Conni Kardozo karyerasını top klubda davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Transfer News Live" yayıb. 

Mənbənin məlumatına görə, "Liverpul" amerikalı futbolçunu transfer etməyi planlaşdırır.

Conni 2024-cü ilin yanvarında 6 milyon avroya “İnternasional”dan “Betis”ə keçib. "Transfermarkt" 23 yaşlı futbolçunun hazırki dəyərini 20 milyon avro qiymətləndirir.

ABŞ-li futbolçu bu mövsüm "Betis"in heyətində bütün turnirlərdə 20 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər