Almaniyanı 1/8-ə buraxmayan qapıçı ən yaxşı seçildi

Almaniyanı 1/8-ə buraxmayan qapıçı ən yaxşı seçildi

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində baş tutan Almaniya - Paraqvay oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, amerikalıların heyətində qapıçı Orlando Hil fərqləndirilib. 

Görüş ərzində komandasını bir neçə dəfə real qol vəziyyətindən xilas edən qolkiper penaltilər seriyasında iki zərbəni dəf edərək Paraqvayı 1/8 final mərhələsinə daşıyıb.

Qeyd edək ki, Almaniya - Paraqvay oyununun əsas və əlavə vaxtı 1:1 yekunlaşıb. Penalti zərbələrində daha üstün olan (4:3) Paraqvay Almaniyanı mübarizədən kənarlaşdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər