Almaniya Bundesliqası: "Qarabağ"ın rəqibindən heç-heçə

Almaniya Bundesliqası: "Qarabağ"ın rəqibindən heç-heçə

Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçirilib.

Səfərdə “Köln”lə qarşılaşan “Union Berlin” minimal hesablı qələbəyə sevinib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” isə Mönhenqladbax “Borussiya”sını qəbul edib. Görüş qolsuz bərabərliklə bitib.

6 turdan sonra “Union Berlin” 14 xalla vahid liderdir. “Frayburq” 13 xalla ikinci pillədə qərarlaşıb. “Bayern Münhen”, “Hoffenhaym” və “Borussiya”nın (Dortmund) 12 xalı var.

Almaniya Bundesliqası 

VI tur

11 sentyabr 

Köln – Union Berlin 0:1 Qol: Hubers, 4-öz qapısına.

Frayburq – Borussiya (Mönhenqladbax) 0:0

10 sentyabr

Layptsiq - Borussiya D 3:0  Qollar: Orban, 6, Soboslai, 45, Aydara, 84. 

Hoffenhaym - Maynts 4:1 Qollar: Kramariç, 53, Pryomel, 69, Baddur, 80, Kaderjabek, 90+1 - Kor, 83. 

Herta - Bayer 2:2 Qollar: Serdar, 56, Rixter, 74 - Demirbay, 49, Şik, 79. 

Ayntraxt - Volfsburq 0:1 Qol: Lakrua, 60. 

Bayern Münhen - Ştutqart 2:2 Qollar:  Tel, 36, Musiala, 60  - Fürix, 57, Qirassi, 90+2-pen. 

Şalke - Bohum 3:1 Qollar: Dreksler, 38, Polter, 90+6 - Soller, 54, Maşoviç, 73-öz qapısına. 

9 sentyabr

Verder - Auqsburq 0:1 Qol:  Ermedin Demiroviç, 63.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər