"Alanyaspor"un prezidenti "Qarabağ"ın qonağı oldu

"Alanyaspor"un prezidenti "Qarabağ"ın qonağı oldu

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu "Qarabağ" klubunu ziyarət edib.

Fanat.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Çavuşoğlu klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Klubun İdarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna "Qarabağ"ı ziyarət etdiyi üçün təşəkkür edib. Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çavuşoğluna "köhlən atlar"ın forması hədiyyə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər