AL: "Beşiktaş"la "Trabzonspor"un ev sınağı, Zamiq Əliyevin komandası Norveç təmsilçisi ilə üz-üzə

AL: "Beşiktaş"la "Trabzonspor"un ev sınağı, Zamiq Əliyevin komandası Norveç təmsilçisi ilə üz-üzə

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, Liqa mərhələsinə vəsiqə uğrunda son raundun bütün ilk oyunları eyni gündə baş tutacaq.

12 matçdan 2-si Türkiyədə reallaşacaq. Qardaş ölkə təmsilçilərindən "Beşiktaş" Litvanın "Kauno Jalgiris" komandasını sınağa çəkəcək. "Trabzonspor" isə öz meydanında Macarıstan nəhəngi "Ferentsvaroş"la münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniyada Norveç "Lillestrom"unu qəbul edəcək.

Qeyd edək ki, pley-off mərhələsinin cavab görüşləri 27 avqustda baş tutacaq.

UEFA Avropa Liqası Pley-off mərhələsi, ilk oyunlar 20 avqust 

19:00. Kayrat (Qazaxıstan) – Anderlext (Belçika) 20:00. Yagelloniya (Polşa) – İberiya (Gürcüstan) 20:00. Myelbyü (İsveç) - Zalzburq (Avstriya) 21:00. Beşiktaş (Türkiyə) – Kauno Jalgiris (Litva) 21:00. Lex (Polşa) – Tun (İsveçrə) 21:00. Universitatya Krayova (Rumıniya) – Ararat-Armenia (Ermənistan) 21:00. Eqnatiya (Albaniya) – Lillestrom (Norveç) 21:00. Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan) 22:00. OFİ (Yunanıstan) – ÇSKA Sofiya (Bolqarıstan) 22:00. Sent-Trüyden (Belçika) – Omoniya (Kipr) 22:00. Srvena Zvezda (Serbiya) – Viktoriya (Çexiya) 23:00. Benfika (Portuqaliya) – Orhus (Danimarka)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər