UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, bu gün daha 12 oyun keçiriləcək.
"Beşiktaş" pley-offa vəsiqə uğrunda son sınaqda Çexiya təmsilçisini qonaq edəcək. İstanbullular ötən həftə səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" isə Kiprdə "Zalsburq"la üz-üzə gələcək. Adalılar ötən həftə səfərdə qeydə alınan məğlubiyyətin revanşını almağa çalışacaq.
Beləliklə, pley-offda iştirak edəcək bütün komandaların adları bəlli olacaq. Qeyd edək ki, Liqa mərhələsinə gedən yolda son görüşlər avqustun 20-si və 27-də baş tutacaq.
UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunları 13 avqust
21:00. Qurnik (Polşa) – Ferentsvaroş (Macarıstan) (ilk oyun - 0:1) 21:00. Omoniya (Kipr) – Linkoln (Cəbəllütariq) (ilk oyun - 1:1) 21:00. Beşiktaş (Türkiyə) - Hradeç Kralove (Çexiya) (ilk oyun - 1:0) 21:00. Universitatya Krayova (Rumıniya) – KuPS (Finlandiya) (ilk oyun - 1:1) 21:00. Pafos (Kipr) - Zalsburq (Avstriya) (ilk oyun - 0:1) 21:30. Klaksvik (Farer adaları) – Lex (Polşa) (ilk oyun - 1:0) 21:30. Vikinqur (İslandiya) – Tun (İsveçrə) (ilk oyun - 3:0) 22:00. ÇSKA Sofiya (Bolqarıstan) – Makkabi Tel-Əviv (İsrail) (ilk oyun - 0:3) 22:30. Anderlext (Belçika) - PAOK (Yunanıstan) (ilk oyun - 0:1) 22:30. Reyncers (Şotlandiya) - Yagelloniya (Polşa) (ilk oyun - 1:2) 22:45. Harts (Şotlandiya) – Benfika (Portuqaliya) (ilk oyun - 6:1) 23:00. Eqnatiya (Albaniya) – Şemrok Rovers (İrlandiya) (ilk oyun - 1:3)