AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.

Günün yeganə qarşılaşmasında "Ferentsvaroş" Macarıstanda "Qurnik"i sınağa çəkəcək. Polşalılar Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə (0:1, 1:1) Türkiyə təmsilçisi “Fənərbağça”ya yenilərək AL-ə yuvarlanıbsa, "Ferentsvaroş" bu mövsüm əvvəldən ölkəsini sözügedən turnirdə təmsil edir. Macarlar AL-in əvvəlki mərhələlərində "Voyvodina" (Serbiya) və "Tvente"ni (Niderland) mübarizədən kənarlaşdırıb. Maraqlıdır ki, "Ferentsvaroş" yay fasilə dönəmində Avstriyada keçirdiyi hazırlıq çərçivəsində Azərbaycanın 2 təmsilçisi ilə yoxlama görüşü keçirib. Sözügedən komanda "Sabah"la 1:1 bərabərə qalıbsa, "Qarabağ"ı 1:0 hesabı ilə yenib.

AL-də 3-cü təsnifat mərhələsinin qalan ilk oyunları sabah keçiriləcək.

UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun 5 avqust

22.15. Ferentsvaroş (Macarıstan) - Qurnik (Polşa)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər