AL: 3-cü mərhələnin ilk güclüsü Gürcüstanda müəyyənləşir

AL: 3-cü mərhələnin ilk güclüsü Gürcüstanda müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk qalibi müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, raundun açılış oyunu Gürcüstanda baş tutacaq. 

İlk pley-offçunun adı "İberiya" - "Larn" qarşılaşmasından sonra bəlli olacaq. Qonşu ölkə təmsilçisi ötən həftə Şimali İrlandiyada heç-heçəyə razılaşıb. 

3-cü təsnifat mərhələsinin qalan cavab oyunları 13 avqustda keçiriləcək.

UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu 11 avqust

20:00. İberiya (Gürcüstan) - Larn (Şimali İrlandiya) (ilk oyun - 0:0)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər