Afrika Millətlər Kuboku: Kamerun pley-offda, "Qarabağ"lı isə...

Afrika Millətlər Kuboku: Kamerun pley-offda, "Qarabağ"lı isə...

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turu start götürüb. 

Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

A qrupunda Burkina Faso Efiopiya, Kabo Verde millisi isə Kamerunla üz-üzə gəlib. Hər iki duel qollu bərabərliklə yekunlaşıb.

Kabo-Verde yığmasının start "11-liy"ində yer alan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade 90 dəqiqə mübarizə aparıb.

Kamerun qrup lideri kimi növbəti mərhələyə adlayıb. Burkina Faso isə ikinci yerlə pley-offa çıxıb. Andradenin şərəfini qoruduğu seçmə komanda isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq şansını saxlayır.   Afrika Millətlər Kuboku A qrupu 17 yanvar   Burkina Faso – Efiopiya 1:1 Qollar: Bayala, 24 – Kebede, 52.   Kabo-Verde – Kamerun Qollar: Rodriqes, 53 – Abubakar, 39.   Xal durumu: Kamerun – 7, Burkina Faso – 4, Kabo-Verde – 4, Efiopiya – 1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər