Açılış turunda kim daha "səxavət"li oldu? - Hakimliyin mənzərəsi

Açılış turunda kim daha "səxavət"li oldu? - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında ilk tur geridə qalıb. Keçirilən 6 oyundan 3-də FİFA, digər yarısında milli dərəcəli hakimlər iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, açılış turunda FİFA referilərindən yalnız Elçin Məsiyev təyinat almayıb, Əliyar Ağayev, Kamal Umudlu və Tural Qurbanov, o cümlədən, Rəvan Həmzəzadə, Fərid Hacıyev, Elvin Bayramov oyun idarə edib.

1-ci turda hakimlər 25 vərəqədən istifadə ediblər. İlk turda həmçinin, 1 futbolçu qırmızı vərəqə alıb. Kamal Umudlu "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadəni meydandan qovub. Bu da orta hesabla hər oyunda 4,17 vərəqə deməkdir. 

Hakimlərin 24-ü sarı, 1-i qırmızı olmaqla, göstərdiyi 25 vərəqədən 11-i meydan sahiblərinin, 14-ü isə qonaq komandanın oyunçularının payına düşüb.

İlk turda ədalət təmsilçilərindən məhz Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 6 vərəqədən istifadə edib ki, bunun 1-nin rəngi qırmızı olub. Əliyar Ağayev, Fərid Hacıyev, Rəvan Həmzəzadə və Elvin Bayramov isə hərəyə 4 vərəqədən istifadə ediblər. Açılış oyununun hakimi Tural Qurbanov isə 3 futbolçuya xəbərdarlıq edib.

Kamal Umudlu - 1 oyun

meydan sahibi    1 sarı    1 qırmızı qonaqlar    4    0 cəmi:    5   1

Əliyar Ağayev - 1 oyun

meydan sahibi    2          0  qonaqlar             2          0 cəmi:                  4          0

Fərid Hacıyev - 1 oyun

meydan sahibi   2      0  qonaqlar            2      0 cəmi:                 4       0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  2    0 qonaqlar    2    0 cəmi:    4    0

Rəvan Həmzəzadə - 1 oyun

meydan sahibi    0    0 qonaqlar    4    0 cəmi:    4    0

Tural Qurbanov - 1 oyun

meydan sahibi 3   0 qonaqlar    0    0 cəmi:    3    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər