ABL: VI tura yekun vurulur

ABL: VI tura yekun vurulur

Bu gün Azərbaycan Basketbol Liqasında 6-cı tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son görüşündə "AAAF Xırdalan" "Olimpik Şəki" ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək matç saat 18:30-da başlayacaq.

Hər iki komandanın aktivində 7 xal var. Onlar turnir cədvəlində, müvafiq olaraq, 6 və 8-ci sıralarda qərarlaşıblar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sərhədçi" "Sabah"ı (91:84), "Gəncə" NTD-ni (89:86), "Zirvə Astara" isə "Neftçi"ni (85:78) yenib. Hazırda "Gəncə" 11 xalla birinci, hərəyə 10 xalı olan "Sabah" və NTD isə sonrakı pillələrdə yer alıblar. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər