ABL: "Sərhədçi" üçüncü qələbəsini qazandı

ABL: "Sərhədçi" üçüncü qələbəsini qazandı

Noyabrın 17-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib.

Fanat.Az xəbər verir ki, turun ilk oyununda “Sabah” və "Sərhədçi" komandaları üz-üzə gəlib.

Görüşdə "Sərhədçi" klubu rəqibinə 91:84 hesabı ilə yenərək çempionatda üçüncü qələbəsini qazanıb.

Matçda ən məhsuldar basketbolçular - "Sabah”dan Kristiyan Roler (18 xal, 10 ribaund), "Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, turun növbəti oyunları NTD – “Gəncə”, “Zirvə Astara” – “Neftçi”, “AAAF Xırdalan” – “Olimpik Şəki” müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər