ABL:"Abşeron Lions" və "Ordu" qələbə qazandı

ABL:"Abşeron Lions" və "Ordu" qələbə qazandı

Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutub.

Fanat.Az xəbər verir ki, A qrupunda "Gəncə" səfərinə yollanan "Abşeron Lions" 81:71 hesablı qələbəyə sevinib.

B qrupunda isə "Ordu" və "Quba" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87hesablı qələbəsi ilə bitib.

Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər