ABL: "Gəncə" yenidən lider oldu

ABL: "Gəncə" yenidən lider oldu

Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun keçirilib. 

Astara Olimpiya İdman Kompleksində baş tutan oyunda “Gəncə” Olimpik" (Şəki) ilə qarşılaşıb və rəqibinə 105:80 hesabıyla qalib gəlib.

Beləliklə, xalını 15-ə çatdıran Gəncə təmsilçisi yenidən liderliyə yüksəlib. "Sabah" 14 xalla ikinci, NTD 13 xalla üçüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sərhədçi" NTD-ni 93:92, "AAAF Xırdalan" "Neftçi"ni 83:68, "Sabah" "Zirvə Astara"nı 97:88 hesabıyla məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər