ABL: "Gəncə" vahid lider ola bilər

ABL: "Gəncə" vahid lider ola bilər

Bu gün Azərbaycan Basketbol Liqasında VII turun daha iki oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə “Gəncə” “Sərhədçi” ilə, daha sonra isə “Neftçi” NTD ilə qarşılaşacaq.

Oyunlar “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

ABL VII tur 17:30 "Gəncə" - "Sərhədçi" 20:00 "Neftçi" - NTD

Turun son oyunu sabah Şəkidə baş tutacaq.

15:00 "Olimpik Şəki" – "Sabah"

Qeyd edək ki, noyabrın 24-də baş tutan turun açılış oyununda "AAAF Xırdalan" - "Zirvə Astara"nı yenib - 98:94. Hazırda hərəyə 11 xalı olan "Gəncə" və "AAAF Xırdalan", müvafiq olaraq, 1 və 2-ci pillələrdə yer alıblar. "Sabah" və NTD 10, "Sərhədçi" 9, "Olimpik Şəki", "Neftçi" və "Zirvə Astara" 8 xal toplayıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər