ABL: Final seriyasının təqvimi açıqlandı

ABL: Final seriyasının təqvimi açıqlandı

Azərbaycan Basketbol Federasiyası ABL-in final seriyası üçün oyunların təqvimini açıqlayıb.

Fanat.Az xəbər verir ki, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları üçüncü yer uğrunda görüşə çıxacaq. Görüş saat 19:30-da başlayacaq.

Mayın 20-də “Sabah” və “Gəncə” arasında final seriyasının görüşlərinə start veriləcək. Daha sonra komandalar mayın 22-də və 24-də üz-üzə gələcək.

Çempion üç qələbəyə əsasən müəyyənləşəcək. Üç oyundan sonra çempion müəyyənləşməsə, mayın 27-də dördüncü, mayın 30-da isə beşinci görüş keçiriləcək.

Bütün qarşılaşmalar Bakıda, “Sərhədçi” İdman Kompleksində keçiriləcək və saat 19:30-da başlayacaq

ABL: Final seriyasının təqvimi açıqlandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər