ABL: Final seriyası başlayır

ABL: Final seriyası başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

Fanat.Az xəbər verir ki, həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq.

Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, seriyada ən tez üç qələbə qazanan kollektiv çempion olacaq.

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər