ABL: "AAAF Xırdalan"dan 4-cü qələbə

ABL: "AAAF Xırdalan"dan 4-cü qələbə

"Sərhədçi" İdman Mərkəzinin idman zalında "AAAF Xırdalan" və "Zirvə Astara" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turu start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış oyununda "AAAF Xırdalan" basketbolçuları rəqibini 98:94 hesabı ilə yenərək çempionatda 4-cü qələbəsini qazanıblar.

Oyunun ən məhsuldarları "AAAF Xırdalan"dan Devin Pullum (26 xal, 3 ribaund ), "Zirvə Astara"dan Rasshard Kruikşenk  (23 xal, 7 ribaund ) olublar.

 Qeyd edək ki, turun növbəti oyunları ("Gəncə" - "Sərhədçi", "Neftçi" - "NTD", "Sabah" - "Olimpik Şəki) 26 və 27 noyabr tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər