ABL: "AAAF Xırdalan BK"-dan çətin qələbə

ABL: "AAAF Xırdalan BK"-dan çətin qələbə

Azərbaycan Basketbol Liqasında V tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyununda "Sərhədçi PİK" və "AAAF Xırdalan BK" komandaları üz-üzə gəliblər.

Son topa qədər davam edən gərgin mübarizənin sonunda Xırdalan basketbolçuları 83-82 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları "Sərhədçi PİK"dən Brendon Miller (24 xal, 11 ribaund) və "AAAF Xırdalan BK"dan Endryu Korum (26 xal, 17 ribaund) olub.

Qeyd edək ki, VI turun oyunları noyabrın 16-sı, 19-u və 20-si keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər