ABL: 16-cı tura start verilir

ABL: 16-cı tura start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında 16-cı tura start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Sərhədçi" İdman Mərkəzində “AAAF Xırdalan” “Sabah”la qarşılaşacaq.

Matç saat 19:15-də başlayacaq.

Digər qarşılaşmalar 2, 4 və 5 fevralda keçiriləcək.

2 fevral 19:15. "Sərhədçi" - "Neftçi"

4 fevral 15:00. "Zirvə" (Astara) - "Gəncə"

5 fevral 15:00. "Olimpik" (Şəki) – NTD

Turnir cədvəli: NTD - 26 xal, "Sərhədçi", "AAAF Xırdalan", "Sabah" - 25, "Gəncə" - 22, 'Neftçi" - 21, "Zirvə" - 17, "Olimpik" - 16.

Qeyd edək ki, “Zirvə” rəqibini Astarada, “Olimpik” isə Şəkidə qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər