ABL: “Zirvə Astara” “AAAF Xırdalan”a da uduzdu

ABL: “Zirvə Astara” “AAAF Xırdalan”a da uduzdu

Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara” və “AAAF Xırdalan” komandaları üz-üzə gəlib.

Qarşılaşma “AAAF Xırdalan”ın çempionatında aşkar autsayderi üzərində 100:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura yanvarın 22-də “Sərhədçi” – “Gəncə” və NTD – “Neftçi İK” matçları ilə yekun vurulacaq. Turun ilk matçında “Sabah” “Olimpik Şəki”yə 77:72 hesabıyla qalib gəlmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər