ABL: Yarımfinalın ikinci oyunları başlayır

ABL: Yarımfinalın ikinci oyunları başlayır

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi davam edir. 

Fanat.Az xəbər verir ki, mərhələnin ikinci görüşləri bu gün start götürəcək.

İlk oyun günündə bir görüş baş tutacaq. "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun paytaxt təmsilçisinin 96:67 hesablı qələbəsi ilə bitib.

Azərbaycan Basketbol Liqası Yarımfinal, ikinci oyun 25 aprel

14:00 Gəncə – Sabah Gəncə, İdman Sarayı. (İlk oyun – 67:95).

Yarımfinalın ikinci oyunu sabah keçiriləcək:

26 aprel

14:00. Neftçi - Abşeron Lions Bakı İdman Sarayı.  (ilk oyun - 89:95). 

Qeyd edək ki, cütlüklərdə ilk iki qələbə qazanan komandalar qalib olacaq. Əgər iki oyun heç-heçə ilə başa çatarsa, komandalar üçüncü oyunda bir-biri ilə qarşılaşacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər