Bu gün Azərbaycan Basketbol Liqasında 7-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 qarşılaşma keçiriləcək.
Günə B qrupunda “Quba” - “Gəncə” görüşü ilə start veriləcək. Qrupun digər oyununda “Ordu” “Şəki”ni qəbul edəcək.
A qrupunda isə “Abşeron” “Sərhədçi”ni sınağa çəkəcək.
Qeyd edək ki, turun ilk oyunlarında “Naxçıvan” NTD-yə 95:77, “Neftçi” “Sabah”a 71:66, “Sumqayıt” isə “Lənkəran”a 108:99 hesabı ilə qalib gəlib.
Azərbaycan Basketbol Liqası 7-ci tur 18 dekabr
A qrupu 16:00. “Abşeron” – “Sərhədçi” Sərhədçi İdman Mərkəzi
B qrupu
14:00. “Quba” – “Gəncə” Quba OİK
15:00. “Ordu” – “Şəki” Sərhədçi İdman Mərkəzi