ABL: Tur autsayderlərin dueli ilə başlayır

ABL: Tur autsayderlərin dueli ilə başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşması Bakıda baş tutacaq.

Turun açılış oyununda A qrupunun autsayderləri üz-üzə gələcəklər. Belə ki, “Neftçi” NTD-ni sınağa çəkəcək. Ötən tur lider “Sabah”ı məğlub edən “ağ-qaralar” növbəti qələbə arzusundadırlar. Ardıcıl 4 oyundur uduzan Tahir Baxşıyevin komandası isə uğursuz gedişata son qoymaq əzmindədirlər. NTD mövsümdə yeganə qələbəsini məhz ilk dövrədə "Neftçi"ni 66:63 hesabı ilə məğlub edərək qazanıb.

Qeyd edək ki, dekabrın 21-də keçiriləcək turun digər oyunlarında “Sabah” “Abşeron”u, “Lənkəran” “Quba”nı, “Naçıvan” isə “Sərhədçi”ni qəbul edəcək. Dekabrın 22-də isə “Gəncə” “Ordu” ilə, “Sumqayıt” isə “Şəki” ilə üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası 8-ci tur 20 dekabr

A qrupu

20:00. “Neftçi” – NTD Sərhədçi İdman Mərkəzi

1. Sabah 7 6 1 566-482 13 2. Naxçıvan 7 6 1 563-508 13 3. Abşeron 7 4 3 504-537 11 4. Sərhədçi 7 3 4 498-527 10 5. Neftçi 7 1 6 493-548 8 6. NTD 7 1 6 523-588 8

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər