ABL: Son çempion autsayderə qarşı

ABL: Son çempion autsayderə qarşı

Azərbaycan Basketbol Liqasında bu gün IX tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə bir oyun keçiriləcək.

Açılış matçında son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.

A qrupunda baş tutacaq qarşılaşma "Sərhədçi"də keçiriləcək.

"Sabah" A qrupunda 15 xalla liderdir. NTD 9 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları 25, 26 və 27 dekabrda keçiriləcək.

Azərbaycan Basketbol Liqası A qrupu IX tur 24 dekabr

19:00. NTD – Sabah Sərhədçi İdman Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər