ABL: "Şəki" "Gəncə"ni qəbul edir

ABL: "Şəki" "Gəncə"ni qəbul edir

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turu çərçivəsində bu gün bir oyun keçiriləcək.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan komandalar Şəki Olimpiya İdman Kompleksində qarşılaşacaqlar.

Saat 14:00-da '"Şəki" - "Gəncə" görüşü start götürəcək.

Meydan sahibləri 21 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 27 xalla dördüncüdür.

Qeyd edək ki, A qrupunda XX turun digər oyunları martın 30-31-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər