ABL: "Quba" "Ordu"ya, "Abşeron" "Gəncə"yə qarşı

ABL: "Quba" "Ordu"ya, "Abşeron" "Gəncə"yə qarşı

Azərbaycan Basketbol Liqasında 2-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.

"Quba" doğma meydanda "Ordu" ilə üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq. Bu oyunun ardından Bakı İdman Sarayında ötən mövsümün yarımfinalçısı "Abşeron" ilə "Gəncə" qarşılaşacaq.

Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyununda "Neftçi" "Şəki"yə qalib gəlib - 92:68 (23:22, 22:16, 25:14, 22:16).

Azərbaycan Basketboı Liqası 2-ci tur 10 oktyabr

15:00. Quba – Ordu Quba. Olimpiya İdman Kompleksi.

19:00. Abşeron – Gəncə Bakı. İdman Sarayı.

Turun qalan görüşlərinin oyun cədvəli belədir: 

11 oktyabr

19:00. Sabah – NTD Bakı. Milli Gimnastika Arenası.

12 oktyabr

14:00. Sərhədçi – Lənkəran Bakı. “Sərhədçi” İdman Kompleksi.

19:00. Naxçıvan – Sumqayıt Bakı. İdman Sarayı.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər