ABL: "Quba" "Ordu" ilə üz-üzə

ABL: "Quba" "Ordu" ilə üz-üzə

Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunda bu gün daha bir görüş baş tutacaq.

Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Quba" "Ordu"nu sınağa çəkəcək.

Quba Olimpiya İdman Kompleksində baş tutacaq B qrupunun matçı saat 14:00-da start götürəcək.

"Ordu" hazırda 31 xalla üçüncü pillədə qərarlaşıb. 24 xala malik "Quba" beşincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Şəki" "Lənkəran"ı 107:78 hesabı ilə məğlub edib. 

Tura aprelin 6-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər