ABL: "Ordu" Qubada qələbə qazandı

ABL: "Ordu" Qubada qələbə qazandı

Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu – 20-ci turunda “Quba” evdə “Ordu”ya məğlub olub.

Fanat.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan B qrupunun matçı qonaqların 97:88 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun ötən gün baş tutan matçında “Şəki” “Lənkəran”ı 107:78 hesabı ilə məğlub edib.

Tura aprelin 6-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər