ABL: "Ordu" pley-offda

ABL: "Ordu" pley-offda

Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Ordu" pley-in mərhələsinin ikinci oyununda "Quba"nı 92:88 hesabı ilə yenərək istəyinə çatıb. 

"Hərbçilər" ilk matçda da qalib gəlmişdilər - 91:83.

Bu gün NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.

Qeyd edək ki, pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa vəsiqə qazanacaq. Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74) üstələyərək bu mərhələdə iştirak hüququ qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər