Azərbaycan Basketbol Liqasında XV tur davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun keçiriləcək.
B qrupunda baş tutacaq günün yeganə oyununda "Naxçıvan" ilə "Quba" üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
ABL XV tur 30 yanvar
19.00. Naxçıvan - Quba Bakı. İdman Sarayı.
Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyununda "Lənkəran" evdə "Ordu"ya 63:103 hesabı ilə uduzub.
XV tura fevralın 1-də yekun vurulacaq:
A qrupu
1. Sabah 14 13 1 +348 27 2. Abşeron Lions 14 13 1 +147 27 3. Neftçi 14 6 8 +16 20 4. Gəncə 14 6 8 -53 20 5. Şəki 14 2 12 -222 16 6. NTD 14 2 12 -236 16
B qrupu
1. Ordu 15 14 1 +286 29 2. Naxçıvan 14 11 3 +87 25 3. Quba 14 5 9 -32 19 4. Sumqayıt 14 5 9 -124 19 5. Lənkəran 15 4 11 -132 19 6. Sərhədçi 14 4 10 -85 18