ABL: "Gəncə"dən növbəti qələbə

ABL: "Gəncə"dən növbəti qələbə

"Gəncə" Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv IV turda "Şəki"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 78:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncə təmsilçisi A qrupunda 8 xalla liderdir. 6 xalı olan "Şəki" 3-cü yerdə qərarlaşıb.

Günün ilk oyununda "Sərhədçi" "Neftçi"ni məğlub etmişdi - 84:77.

Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər