ABL: "Abşeron Lions" zirvə döyüşünə çıxır, "Ordu" "Quba"nı qəbul edir

ABL: "Abşeron Lions" zirvə döyüşünə çıxır, "Ordu" "Quba"nı qəbul edir

Azərbaycan Basketbol Liqasında XVII tur davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün turun daha iki oyunu baş tutacaq.

Günün ilk matçı A qrupu çərçivəsində Gəncədə keçiriləcək. "Gəncə" doğma meydanda "Abşeron Lions"u qəbul edəcək. Qarşılaşma şəhər Olimpiya İdman Kompleksində baş tutacaq və saat 17:00-da start götürəcək.

Digər matçda isə B qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Hazırda turnir cədvəlinin lideri olan "Ordu" "Quba" kollektivini sınağa çəkəcək. Saat 19:00-da başlayacaq oyun Bakı İdman Sarayında təşkil olunacaq. 

Turun əvvəlki görüşlərində "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.

ABL 17-ci tur 13 fevral

17:00. Gəncə - Abşeron Lions  Gəncə. Olimpiya İdman Kompleksi.

19:00. Ordu – Quba Bakı. İdman Sarayı. 

Turun qalan oyunlarının təqvimi belədir:

14 fevral

14:00 Şəki – Neftçi Şəki. Olimpiya İdman Kompleksi.

18:00 NTD – Sabah Bakı. İdman Sarayı. 

A qrupu 

1. Sabah 16 15 1 +388 31 2. Abşeron Lions 16 14 2 +133 30 3. Gəncə 16 8 8 -19 24  4. Neftçi 16 7 9 +13 23 5. Şəki 16 2 14 -244 18 6. NTD 16 2 14 -271 18

B qrupu

1. Ordu 16 15 1 +289 31 2. Naxçıvan 17 13 4 +99 30 3. Sərhədçi 17 6 11 -75 23 4. Sumqayıt 17 6 11 -106 23 5. Quba 16 6 6 -12 22 6. Lənkəran 17 4 13 -171 21

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər