ABL: Pley-in mərhələsinin təqvimi bilindi

ABL: Pley-in mərhələsinin təqvimi bilindi

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı Basketbol Federasiyasının mətbuat xidməti yayıb.

Aprelin 10-da Gəncə İdman Sarayında “Gəncə” “Lənkəran”la, Abşeron Olimpiya Kompleksində isə “Abşeron” NTD ilə üz-üzə gələcək.

Aprelin 11-də Sumqayıt Olimpiya İdman Kompleksində “Sumqayıt” - “Sərhədçi”, Abşeron Olimpiya Kompleksində “Ordu” - “Quba” görüşləri baş tutacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Gəncə" - "Lənkəran" matçında qələbə qazanan tərəf "Şəki" ilə üz-üzə gələcək. "Ordu" - "Quba" görüşündə üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə, "Abşeron" - NTD matçının qalibi isə "Naxçıvan"la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər