ABL: Pley-in mərhələsində daha iki oyun keçirilir

ABL: Pley-in mərhələsində daha iki oyun keçirilir

Azərbaycan Basketbol Liqasının pley-in oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Mərhələnin dördüncü günündə əvvəlcə "Lənkəran" "Gəncə"ni qəbul edəcək, daha sonra isə "Sumqayıt" evdə NTD ilə qarşılaşacaq.

ABL Pley-in 7 aprel

15:00. Lənkəran – Gəncə Lənkəran. Olimpiya İdman Kompleksi.  (İlk oyun – 55:91)

19:00 Sumqayıt – NTD Sumqayıt. Olimpiya İdman Kompleksi.  (İlk oyun – 107:121) 

Qeyd edək ki, dörddəbir finala vəsiqə qazanan iki iştirakçı artıq bilinir. "Şəki" "Quba"nı üstələyərək (101:89, 120:77) növbəti mərhələyə adlayıb, "Naxçıvan" hər iki oyunda "Sərhədçi"dən güclü (98:87, 93:80) olub.

1/4 final cütləri: 

"Sabah" – "Naxçıvan" "Abşeron Lions" – "Şəki" “Neftçi” – "Sumqayıt"/NTD cütünün qalibi "Ordu" – "Lənkəran"/"Gəncə cütünün qalibi

Xatırladaq ki, cütlüklərdə iki qələbə qazanan komandalar mərhələ adlayır. Əgər iki oyunda güclü müəyyənləşməsə, komandalar üçüncü oyunda bir-biri ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər