ABL: NTD yenidən vahid lider oldu

ABL: NTD yenidən vahid lider oldu

Azərbaycan Basketbol Liqasında 20-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, turun açılış matçında NTD və "Gəncə" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma NTD-nin 91:85 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komanda bu qələbə ilə yenidən çempionatın vahid liderinə çevrilib.

Ən məhsuldar oyunçular NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (23 xal, 7 ribaund) olublar.

Bu turun "AAAF Xırdalan" - "Olimpik Şəki", "Sabah" - "Sərhədçi" və "Zirvə Astara" - "Neftçi” İK oyunları 4-5 martda keçiriləcək

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər