ABL: NTD "Naxçıvan"la bacarmadı

ABL: NTD "Naxçıvan"la bacarmadı

Azərbaycan Basketbol Liqasının 7-ci turunda "Naxçıvan" NTD-ni üstələyib.

Fanat.Az xəbər verir ki, A qrupunun "Sərhədçi" İdman Mərkəzində gerçəkləşən matçı Naxçıvan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün B qrupunda "Sumqayıt" evdə "Lənkəran"la qarşılaşıb. Görüş meydan sahiblərinin 108:99 hesablı qələbəsi ilə nəticələnib. Günün son matçında isə "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.

Turun digər oyunları dekabrın 18-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər