ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

Azərbaycan Basketbol Liqasında XVIII turun proqramı bəlli olub.

Fanat.Az xəbər verir ki, müntəzəm mövsümün son oyunları aprelin 24-28-i aralığında keçiriləcək.

Aprelin 24-də, saat 19:00-da mərkəzi qarşılaşmada "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər. Qalib komanda mövsümü birinci pillədə bitirəcək.

Müntəzəm mövsüm aprelin 28-də "NTD-İndiqo" - "Şəki" matçı ilə yekunlaşacaq.

Azərbaycan Basketbol Liqası XVIII tur 24 aprel

19:00. "Sabah" - "Xəzri" “Sərhədçi” İdman Mərkəzi

25 aprel

19:30. "Xırdalan" - "Cəlilabad" “Sərhədçi” İdman Mərkəzi

26 aprel

19:30. "Sərhədçi" - "Neftçi" “Sərhədçi” İdman Mərkəzi

27 aprel

14:00. "Gəncə" - "Sumqayıt" Gəncə Olimpiya Kompleksi

28 aprel

14:00. "NTD-İndiqo" - "Sumqayıt" Xaçmaz Olimpiya Kompleksi

Qeyd edək ki, "Sabah" hazırda 31 xalla liderdir. İkinci sıradakı "NTD-İndiqo" və üçüncü yerdəki "Xəzri"nin 30 xalı var. "Xırdalan" 28 xalla dördüncü, eyni xala malik "Neftçi" beşincidir. Növbəti pillələrdə "Sərhədçi" (24 xal), "Sumqayıt" (23), "Cəlilabad" (22), "Gəncə" (21) və "Şəki" (18) qərarlaşıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər