ABL: III tur Lənkəranda start götürəcək

ABL: III tur Lənkəranda start götürəcək

Azərbaycan Basketbol Liqasında III tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda B qrupunda yer alan "Lənkəran" "Naxçıvan"ı qəbul edəcək. Görüş Lənkəran Olimpiya Kompleksində baş tutacaq.

Qrupun digər oyununda "Ordu" "Sərhədçi" ilə üz-üzə gələcək. Matç Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, "Ordu" 4 xalla B qrupunun lideridir. 3 xalı olan "Sərhədçi", "Lənkəran" və "Naxçıvan" müvafiq olaraq 3-5-ci pillələrdə qərarlaşıblar. Qrup sonuncusu aktivində cəmi 2 olan "Sumqayıt"dır. 

Azərbaycan Basketbol Liqası III tur 17 oktyabr

15:00. Lənkəran – Naxçıvan Lənkəran. Olimpiya İdman Kompleksi.

19:00. Ordu – Sərhədçi Bakı İdman Sarayı.

Qeyd edək ki, III turun qalan oyunları oktyabrın 18-19-da keçiriləcək. A qrupunun "Neftçi" - "Gəncə" oyunu Bakı klubunun avrokuboklar görüşü ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.

18 oktyabr

13:30. Sabah – Şəki Bakı İdman Sarayı.

16:30. Sumqayıt – Quba Bakı İdman Sarayı.

19 oktyabr

17:00. NTD – Abşeron Lions Bakı İdman Sarayı.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər