ABL: "Gəncə" qonaqlarla bacarmadı

ABL: "Gəncə" qonaqlarla bacarmadı

Azərbaycan Basketbol Liqasında XIV turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün yaganə matçında "Gəncə" "Sərhədçi"ni qəbul edib.

Görüş qonaqların 78:72 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran "Sərhədçi" 6-cı pilləyə yüksəlib. Meydan sahibləri isə 16 xalla 9-cudur.

Qeyd edək ki, tura fevralın 11-də "NTD İndiqo" - "Xırdalan" görüşü ilə yekun vurulacaq. Daha əvvəl "Neftçi" "Sabah"ı (101:87), "Xəzri" "Şəki"ni (94:85), "Sumqayıt" "Cəlilabad"ı (109:99) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər