ABL: Çempion NTD ilə üz-üzə

ABL: Çempion NTD ilə üz-üzə

Bu gün Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, son çempion "Sabah" NTD ilə qarşılaşacaq.

Milli Gimnastika Arenasında baş tutacaq matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında  "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər