Azərbaycan Basketbol Liqasında bu gün XVI turun daha bir oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün yeganə matçında "Quba" "Sərhədçi" ilə üz-üzə gələcək.
B qrupunda yer alan komandaların görüşü Bakı İdman Sarayında təşkil olunacaq və saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ötən gün baş tutan açılış oyununda "Sumqayıt" "Lənkəran"ı məğlub edib - 102:77.
Tura fevralın 8-də yekun vurulacaq.
ABL 16-cı tur 5 fevral
20:30. "Quba" "Sərhədçi" Bakı İdman Sarayı
A qrupu
1. Sabah 15 14 1 +396 29 2. Abşeron Lions 15 13 2 +126 28 3. Gəncə 15 7 8 -38 22 4. Neftçi 15 7 8 +32 22 5. Şəki 15 2 13 -237 17 6. NTD 15 2 13 -252 17
B qrupu
1. Ordu 15 14 1 +286 29 2. Naxçıvan 15 12 3 +99 27 3. Quba 15 5 6 -20 20 4. Sumqayıt 16 6 10 -103 22 5. Sərhədçi 15 5 10 -81 20 6. Lənkəran 16 4 12 -157 20