ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

Kişilər arasında Azərbaycan Basketbol Liqasında bu gün pley-inə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, üçüncü oyunlar çərçivəsində iki matç baş tutacaq.

Əvvəlki iki dueldə hərəyə bir qələbə qazanan “Sumqayıt”la “Sərhədçi” pley-offa vəsiqə üçün həlledici dueldə münasibətlərinə aydınlıq gətiəcəklər. Görüş Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq və saat 19:00-da start götürəcək. 

Eyni vaxtda başlayacaq digər qarşılaşmada isə “Abşeron” və NTD ikinci qələbə üçün mübarizə aparacaq. Cütün taleyinə Bakı İdman Sarayında aydınlıq gələcək.

Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki matçda qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər