ABL: Bu gün pley-off mərhələsinin daha iki oyunu keçiriləcək

ABL: Bu gün pley-off mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha iki görüş baş tutacaq.

Fanat.Az xəbər verir ki, əvvəlcə “Neftçi” “Ordu” ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:00-da başlayacaq.

Günün ikinci matçında “Sabah” “Sərhədçi”ni qəbul edəcək. Bu matçın start fiti saat 21:00-da səsləndiriləcək. Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, pley-offun ötən gün baş tutan “Şəki” - “Gəncə” görüşündə birincilər 85:84 hesablı qələbə qazanıb. 

Mərhələnin ilk oyunları aprelin 19-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər